“Traktorsazi”nin 25 azarkeşi tutulub
02 aprel 2014 17:06 (UTC +04:00)

“Traktorsazi”nin 25 azarkeşi tutulub

Asiya Çempionlar Liqasında yarışan Təbrizin “Traktorsazi” futbol komandası aprelin 1-i Səhənd stadionunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-eyn” komandasını qəbul edib. Lent.az-ın “mediaforum”-a istinadən verdiyi məlumata görə, 55 min azarkeşin izlədiyi görüş 2:2 hesabı ilə nəticələnib.

Təbrizli azarkeşlər milli şüarlar səsləndirdikləri üçün stadiondakı təhlükəsizlik qüvvələrinin kobud rəftarı ilə qarşılaşıblar. Azarkeşlər Urmiya gölünün quruması ilə əlaqədar ingilis dilində yazılı plakatlar qaldırıb, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, “Türklərin iftixarı, Tiraxtur, Tiraxtur”, “Yaşasın Azərbaycan”, “Tiraxtur”u el istər, şərəfli millət istər” və digər şüarlar səsləndiriblər. 25 azarkeş tutularaq bilinməz istiqamətə aparılıb.

“Traktorsazi” azarkeşləri tutularkən döyülüb, təhqir edilib. Tutulan azarkeşlərdən 3-nün adı (Əkbər Mühaciri, Əli Hemməti, Həbib Mehrazər) müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

Oxşar yazılar