“Spartak” da baş məşqçisini qovdu
18 mart 2014 16:28 (UTC +04:00)

“Spartak” da baş məşqçisini qovdu

Valeri Karpin Rusiyanın “Spartak” futbol komandasının baş məşqçi postundan istefaya göndərilib. Lent.az-ın məlumatına görə, bu barədə klubun direktorlar şurasının yığıncağında qərar qəbul olunub.

 

Bu vəzifənin icrası müvəqqəti olaraq Dmitri Qunkoya tapşırılıb. Karpini kimin əvəzləyəcəyi hələ məlum olmasa da, Stanislav Çerçesov real namizəd sayılır.

 

Qeyd edək ki, “Spartak” Rusiya Premyer Liqasında qış fasiləsindən sonra 2 tura cəmi 1 xal yığıb və ölkə kubokunun 1/8 finalında ikinci liqa komandası “Tosno”ya uduzaraq, mübarizəni dayandırıb. Valeri Karpin ilk dəfə 2009 – 2011-ci illərdə, ikinci dəfə isə 2013-cü ilin noyabrından bu günədək baş məşqçi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar