Donetskin “Şaxtyor” klubunun sahibi Rinat Əhmədov klubun 6 oyunçusunun, o cümlədən 5 braziliyalının – Alers Teixeira, Fred, Dentinho, Duglas Costa, İsmaili və argentinalı Facundo Ferreira Fransanın Lion şəhərində şənbə günü oyundan sonra geri qayıtmaqdan imtina etdiklərinin təsdiqləyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Əhmədov təminat verir ki, onlara qarşı heç bir təhlükənin olmadığına təminat verib: “ Əgər qayıtmasalar, bu, müqavilənin pozulması olaraq, dəyərləndiriləcək.
Klubun məşqçisi Mirça Luçesku bu hadisədə oyunçuların agentlərini günahlandırıb. Onun sözlərinə görə, agentlər oyunçulara deyib ki, Donetskdə vəziyyət pisdir və müqavilələri ləğv etmək olar: “Mən agentlərin barmağı olduğunu tapmışam. Kia Zurabçiyan bizim ən yaxşı oyunçularımızı – Teixeira, Douglas və Fredi götürüb.O, eyni şeyi Adriano, İsinho, Marlos və Taisonla da etmək istəyirdi. Ancaq onlar onun təklifindən imtina edib”.