“Şapekoense”nin daha bir futbolçusu xəstəxanada öldü
29 noyabr 2016 18:19 (UTC +04:00)

“Şapekoense”nin daha bir futbolçusu xəstəxanada öldü

Braziliyanın “Şapekoense” klubunu Kolumbiyaya apararkən qəzaya uğrayan təyyarədə sağ qalan 5 nəfərdən daha biri vəfat edib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, qapıçı Danilo Padilya xəstəxanada keçinib.

 

Qəzadan dərhal sonra xəstəxanaya yaralı vəziyyətdə çatdırılan 31 yaşlı qolkiper aldığı güclü zərbənin təsirindən keçinib. Libertadores Kubokunda “İndependyente” ilə qarşılaşmanın penaltilər seriyasındakı qurtarışları ilə qəhrəmanına çevrilən qolkiperin vəfatından sonra qəzadan sağ qurtulanların sayı 4-ə enib.

 

Qeyd edək ki, qəza zamanı təyyarədə olan 81 nəfərdən 77-si həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar