“Şahin” Braziliyanın qələbə qazanacağını proqnozlaşdırıb
18 iyun 2014 00:19 (UTC +04:00)

“Şahin” Braziliyanın qələbə qazanacağını proqnozlaşdırıb

0

Futbol üzrə dünya birinciliyində oyunların proqnozunu heyvanlardan «öyrənmək» adət halına alıb.

 

Lent.az-ın məlumatına görə, Braziliyada Futbol üzrə Dünya Kuboku yarışlarında hər oyundan qabaq bütün diqqət “dubaylı” Sahinə yönəlir. O, oyunda kimin qalib gələcəyini bildirir. 
 

İyunun 17-dəki  Braziliya-Meksika oyununda  Şahin qələbəni Braziliyaya verib.
 
Sahin dəvənin adıdır. O, Dubayda səhrada yaşayır.   
 
Sahin indiyə kimi Braziliya-Xorvatiya, Hollandiya-İspaniya, İtaliya-İngiltərə, Argentiona-Bosniya oyunlarının qalibini asanlıqla tapıb. Bircə Almaniya-Portuqaliya oyununda səhv edib. Sahin üstündə yığmaların adı olan iki lövhədən birini yıxır və bununla da kimin qalib gələcəyini göstərir. Heç birinə toxunmasa, heç-heçə deməkdir. 
 
2014-cü ilin dünya kuboku oyunlarının nəticəsini əvvəlcədən bildirən Nelly adlı fil,  Roo adlı köpək, Flopsy adlı kenquru, Yekəbaş adlı tısbağa var, ancaq onlar arasında Almaniya-Portuqaliya oyununa qədər səhvsiz proqnoz verən təkcə Sahin olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 994

Oxşar yazılar