Futbol üzrə Hollandiya milisinin keçmiş baş məşqçisi Con van’t Sxip 2018-ci ildə Rusiyada keçiriləcək dünya birinciliyini boykot etməyə çağırıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, “tvitter” səhifəsində yazıb: “Hollandiya Futbol Federasiya, Hollandiya hökuməti və FİFA-ya müraciət edərək, futbol üzrə Rusiyada keçiriləcək dünya çempionatını boykot etməyə çağırıram”.
Buna səbəb kimi Amsterdam – Kuala-Lumpur reysi ilə uçan təyyarənin qəzaya uğraması göstərilib.
Xatırladaq ki, qəza nəticəsində ölən 298 sərnişinin 183-ü Hollandiya vətəndaşıdır.
Con van’t Sxip hazırda Avstraliyanın “Melburn Siti” komandasının məşqçisidir.