“Messi digərlərindən fərqlənir. Neymar isə ikinci olmalıdı”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın braziliyalı müdafiəçisi Dani Alveş deyib.
“Qızıl top”a namizədlər haqda danışan təcrübəli futbolçu ilk “üçlük”də Kriştianu Ronaldonun qərarlaşmasından narazıdı.
Onun fikrincə, Ronaldo bu il mükafata əsas namizədlərin sırasına düşməməli idi: “Ronaldo “üçlük”də olmağa layiq deyil. Ötən il haqlı olaraq, “Qızıl top” mükafatını qazandı. Ancaq ilin ən yaxşı futbolçusu seçilən şəxs təkcə qol vurmalı yox, həm də oyuna təsir etməlidi. Yalnız qol vurmaqla iş bitmir. Çünki futbol kollektiv idman növüdü”.
Qeyd edək ki, “Qızıl top” mükafatının qalibinin adı yanvarın 11-də açıqlanacaq.