“Real Madrid” Fondu Bakıdan 100 uşaq seçəcək
20 iyun 2013 17:15 (UTC +04:00)

“Real Madrid” Fondu Bakıdan 100 uşaq seçəcək

Gənclər və İdman Nazirliyinin “Real Madrid” Fondu (“Fundación Real Madrid”) ilə birgə həyata keçirdiyi “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə İnteqrasiyası” adlı sosial layihəsinin təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə uşaq futboluna göstərilən qayğıdan danışıb.

O, “Real Madrid” Fondu ilə birgə həyata keçirilən layihənin üstünlüklərinə toxunaraq, bildirib ki, məktəblərdə tədris olunacaq sosial futbol modeli uşaqların hərtərəfli inkişafı üçün əvəzsiz vasitə rolunu oynayacaq. İsmayılovun fikrincə, belə bir məktəbin yaradılması böyük əhəmiyyətə malikdir: “Belə bir məktəb gələcəkdə ən öncül futbolçuların yetişməsində böyük rol oynayacaq”.

Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov nazirlik daxilində xeyli futbol məktəbinin fəaliyyət göstərdiyini bildirib. O, qeyd edib ki, “Real Madrid” dünyanın ən aparıcı futbol klublarından biridir. İbrahimov bu klubun imkanlarından istifadə edərək, dərs vəsaitlərinin hazırlanması və məktəblərə paylanmasının uşaq futbolunun inkişafına müsbət təsir edəcəyini vurğulayıb.

İnkişaf Naminə İdman İctimai Birliyinin sədri Mehman Kərimov bildirib ki, layihənin icrasına 2013-2014-cü tədris ilindən başlanılacaq və 4 il davam edəcək. Məktəbə ilk fəaliyyət ilində 100 uşaq qəbul olunacaq.

 

“Real Madrid” Fondunun məşqçilik üzrə mütəxəssisi Viktor de Arse əvvəlcə təşkilatın gördüyü işlərlə bağlı video-çarx nümayiş etdirib. O, “Real” və “Madrid” sözlərinin son və ilk 2 hərfindən əmələ gələn “AlMa” sözünün ispancadan tərcümədə “qəlb” anlamına gəldiyini açıqlayıb. De Arsenin sözlərinə görə, “Real Madrid”in 60-dan artıq ölkədə 200-dən çox futbol məktəbi var. Azərbaycanda açılacaq məktəb ölkəmizdə yeganə, Avropada 8 məktəbdən biri olacaq: “Belə məktəblərin əsas məqsədi futbol vasitəsilə uşaqların elmə yiyələnməsidir. Təkcə futbolçu yox, insan formalaşdırmaq niyyətindəyik”.

Daha sonra seçilmiş məşqçilər “Real Madrid” Fondunun diplomları ilə təltif olunublar.

Qeyd edək ki, təqdimat mərasiminə AFFA rəsmiləri və veteran futbolçular da qatılıblar.

 

# 1021
avatar

Oxşar yazılar

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

18 may 2024 , 15:38
"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25