İspaniyanın “Real Madrid” klubu “Emirates” Hava Yolları ilə 5 illik sponsor anlaşması imzalayıb. Lent.az-ın məlumatına görə, bu məqsədlə “Santyaqo Bernabeu” stadionunda keçirilən tədbirə klub prezidenti Florentino Peres, şirkətin prezidenti şeyx Əhməd ibn-Səid əl-Maktum və komandanın futbolçuları qatılıb.
Anlaşmaya əsasən, “Real Madrid” 2017-2018-ci il mövsümünün sonunadək formasında baş sponsor kimi “Fly Emirates” yazılmış loqonu daşıyacaq. Bunun əvəzində şirkət kluba hər il 25 milyon avro, 5 il ərzində isə üst-üstə isə 150 milyon avro ödəyəcək. Halbuki əvvəlki sponsor “Bwin” klubun büdcəsinə hər il 15 milyon avro köçürüb.
Qeyd edək ki, “Fly Emirates” Avropada İtaliyanın “Milan”, İngiltərənin “Arsenal”, Almaniyanın “Hamburq” və Fransanın PSJ klublarının da baş sponsorudur. Şirkət PSJ-nin sahibi Tamim ibn-Həmad əl-Taniyə məxsusdur.