Məşhur ispaniyalı futbolçu, “Real Madrid” klubunun fəxri prezidenti Alfredo di Stefanio komaya düşüb. Apasport.az saytının məlumatına görə, “Marca” qəzeti bundan əvvəl futbolçunun ürəyinin dayandığını bildirir.
Stefanionun ürəyində problem iyulun 5-də “Santyaqo Bernabeu” stadionunun yaxınlığında yaşanıb. Onun nəfəsi də 18 saniyə ərzində dayanıb. Bundan cəmi bir gün əvvəl 88 yaşını qeyd edən keçmiş hücumçu dərhal hospitala yerləşdirilib. Hazırda o, intensiv terapiya palatasında komadadır. Həkimlər futbolçunun vəziyyətinin stabil ağır olduğunu vurğulayırlar.
Di Stefanio 1950-1960-cı illərdə “Real”ın heyətində çıxışı ilə məşhurlaşıb. O, komandanın tərkibində 282 matça çıxıb və 216 qol vurub. Buenos-Ayresdə doğulan futbolçu Argentina, Kolumbiya və İspaniya millilərinin şərəfini qoruyub. O, iki dəfə Argentina, üç dəfə Kolumbiya və səkkiz dəfə İspaniya çempionudur. Di Stefanio FİFA-nın şərəf zalının ilk üzvüdür.
O, 2000-ci ildən “Real”ın, 2008-ci ildən isə həm də UEFA-nın fəxri prezidentidir.