“Real” Anxel di Mariyanı satdı
26 avqust 2014 04:32 (UTC +04:00)

“Real” Anxel di Mariyanı satdı

0
“Real Madrid” klubunun yarımmüdafiəçisi Anxel di Maruya karyerasını “Mançester Yunayted”də davam etdirəcək
 
Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, kral klubu 26 yaşlı futbolçunun transferindən 75 milyon avro qazanacaq. Madrid klubu daha 15 milyon avronu bonus şəklində əldə edə bilər.
 
Di Mariya artıq bu gün Mançesterə yola düşüb. Onun transferi barədə ən yaxın günlərdə rəsmən elan olunacaq. Argentinalı futbolçu “MY”da 7 nömrəli formada çıxış edəcək. O, “qırmızı şeytanların” heyətində ildə 8 milyon avro qazanacaq.
 
Anxel di Mariya ötən mövsüm İspaniya çempionatında 34 oyun keçirib, 4 qol vurub və 17 məhsuldar ötürmə edib. Dünya çempionatında komandasına finala kimi irəliləməyə kömək etsə də, zədə səbəbindən finalı buraxmalı olub.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1776

Oxşar yazılar