“Qəbələ”nin “qol maşını” Qrizmanı qabaqladı
04 oktyabr 2016 12:53 (UTC +04:00)

“Qəbələ”nin “qol maşını” Qrizmanı qabaqladı

“Qəbələ”nin futbolçusu Baqali Dabo Azərbaycan çempionatındakı məhsuldarlığı ilə ölkəsində diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Fransa mətbuatında Avropa ölkələrində çıxış edən yerli hücumçuların göstəriciləri açıqlanıb.

 

Ötən ayla müqayisədə fransız forvardların reytinq siyahısında dəyişiklik baş verib. Buna isə Dabonun Topaz Premyer Liqasındakı məhsuldarlığı səbəb olub. Premyer Liqanın cari mövsümündə artıq 7 qola imza atan “Qəbələ”nin hücumçusu “Lion”un üzvü Aleksandr Lyakazetti ilk pillədən çıxarıb.  

 

4 oyunda 6 qol vuran Lyakazett təxminən 1 aydı zədəlidi. Bundan məharətlə istifadə edən Dabo Azərbaycan çempionatının VII turunda “Qarabağ”la görüşdə də aktivinə qol yazdırıb. Həmin qarşılaşmada yekun hesabı (2:0) müəyyənləşdirən Dabo Premyer Liqanın cari mövsümündəki qollarının sayını 7-yə çatdırıb.  

 

Siyahıda ikinci pillədə “Kortriyk”in futbolçusu İdriss Saadi qərarlaşıb. “Qəbələ”nin “qol maşını” reytinq cədvəlində “Atletiko”nun və Fransa yığmasının üzvü Antuan Qrizmanı da qabaqlayıb. “Valensiya” ilə görüşdə fərqlənən Qrizman La Liqanın cari mövsümündə 6-cı qolunu rəsmiləşdirib. AÇ-2016-nın ən yaxşısı seçilmiş ulduz oyunçu Dabodan 1 qol geri qalır.

 

Qeyd edək ki, “Qəbələ”yə yayda transfer olunan Dabo çempionatın cari mövsümündəki qollarına “Neftçi” (3), “Sumqayıt” (2), “Kəpəz” (1) və “Qarabağ”la (1) matçda imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar