Avrokubokların debütantı “Qəbələ” bu gün mövsümdə ilk səfər oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçını Bosniya və Herseqovinada keçirib.
Dorinel Muntyanunun yetirmələri “Şiroki Briyeq”ə yenə də məğlub olublar. Öz meydanında 2:0 hesabı ilə uduzan "Qəbələ", bu dəfə qapısından 3 cavabsız qol buraxıb.
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
10 iyul
“Şiroki Briyeq” (Bosniya və Herseqovina) – “Qəbələ” (Azərbaycan) - 3:0
Qollar: Zakaric, 17; Maric, 29; 56
Baş hakim: Vladimir Vnuk (Slovakiya)
Şiroki Briyeq. “Petsara” stadionu
İlk oyun – 2:0
ŞİROKİ BRİYEQ: 23. Antonio Soldo, 6. Yosip Barişiç, 21. Slavko Brekalo, 27. Neven Laştro, 7. Dino Çoriç, 8. Mate Pehar, 11. Qoran Zakariç, 14. Davor Landeka, 15. Vagner Laqo (k), 19. İvan Peko, 9. Mirko Mariç.
Ehtiyat oyunçular: 12. Luka Bilobrk, 4. Daniyel Kojul, 10. Yure İvankoviç, 16. Yosip Çorluka, 17. Vlado Zadro, 18. Zvonimir Kojulj, 28. Filip Mihalyeviç.
Baş məşqçi: Slaven Musa.
QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 25. Adrian Ropotan, 10. Dodo, 11. Andrey Kristya.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Kristian Pulhak, 3. Şirməhəmməd Məmmədov, 5. Sadiq Quliyev, 7. Ruslan Əmircanov, 4. Elvin Camalov, 36. Elnur Allahverdiyev.
Baş məşqçi: Dorinel Muntyanu.