“Qəbələ” Bakıya 3 itki ilə gəldi
28 mart 2014 17:57 (UTC +04:00)

“Qəbələ” Bakıya 3 itki ilə gəldi

Martın 30-da futbol üzrə Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Qəbələ" Bakıya gəlib. Lent.az-ın məlumatına görə, “qırmızı-qaralar" qarşılaşma öncəsi son məşqinə sabah saat 12:00-da "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq.

 

Komandanın heyətində 3 itki var. Bunlar zədəli İbrahima Niasse, Nikola Valentiç və Omar Kalabanedir. Digər zədəli Lorenzo Ebesilionun durumuna oyun günündə aydınlıq gələcək. Zədəsi sağalan qapıçı Dieqo Kosta Silva isə artıq kollektivə qoşulub.

 

Qeyd edək ki, saat 18:00-da start götürəcək matç “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar