“Qəbələ” futbol komandası iyulun 1-də Türkiyənin İsparta bölgəsinə təlim-məşq toplantısına yollanıb. Lent.az-ın klubun rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, 14 günlük hazırlıq prosesi ərzində “qırmızı qaralar” 4 yoxlama oyunu keçirəcək.
Komanda iyulun 3-də Ukraynanın “Metallurq” (Zaporojye), iyulun 7-də “Trabzonspor”, iyulun 10-da “Antalyaspor”, iyulun 13-də isə “Mersin İdman Yurdu” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qəbələ” bunadək hazırlıq prosesini təmsil etdiyi eyniadlı rayonda keçirib.