“Qəbələ” 2 futbolçusunu qovdu - <span style="color:red;">RƏSMİ
18 aprel 2014 17:52 (UTC +04:00)

“Qəbələ” 2 futbolçusunu qovdu - RƏSMİ

“Qəbələ” futbol klubu fransalı hücumçu Yannik Kamanan və qvineyalı müdafiəçi Omar Kalabane ilə yollarını ayırıb. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

 

Onun sözlərinə görə, hər iki futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Nəcəfov bildirib ki, qərar baş məşqçi Yuri Syominin istəyi əsasında çıxarılıb: “Syomin konkret olaraq bildirdi ki, Kamanan və Kalabanenin hazırkı durumu onu qane etmir. Hər iki futbolçu gözlənilən oyunu sərgiləmir. Ona görə də müqavilələrini qarşılıqlı şəkildə pozduq”.

 

Klub rəsmisi legionerlərin əvəzedici heyətə göndərilmə variantının qeyri-mümkünlüyünü də əlavə edib. O deyib ki, əvəzedici heyətdə “Qəbələ” Futbol Akademiyasının yetirmələri oynayırlar: “Çalışırıq ki, bu komandada əcnəbilər oynamasınlar”.                     

 

Qeyd edək ki, Yannik Kamanan "Qəbələ"yə 2012-ci ilin yanvarında, Omar Kalabane isə həmin ilin iyulunda cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891
avatar

Oxşar yazılar