Futbol üzrə Azərbaycan Premyer Liqasında 2350 gündən sonra bir komanda oyun ərzində iki penaltidən yararlana bilməyib. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, yenə iki penaltini “Qəbələ”nin sələfi “Gilan” boşa verib.
2006/2007-ci il mövsümünün V turunda Qəbələdə “Karvan”a 1:4 hesabı ilə uduzduğu qarşılaşmanın 16-cı dəqiqəsində Samir Zərgərovun zərbəsini “Karvan”ın qapıçısı Elxan Həsənov dəf edib. 59-cu dəqiqədə isə “Gilan”ın daha bir futbolçusu İbrahim Hüseynov çərçivədən yayınıb.
Qeyd edək ki, Topaz Premyer Liqasının XXIII turunda “Qəbələ” “Rəvan”la ev oyununda iki penaltini qaçırıb. Qolsuz heç-heçə ilə başa çatan oyunda meydan sahiblərindən Lorenzo Ebesilio və Leonardo da Silvanın zərbələrini paytaxt klubunun qapıçısı Lukaş Sapela dəf edə bilib.