“Qəbələ”-“Borussiya” oyununun biletləri satışda
14 oktyabr 2015 21:24 (UTC +04:00)

“Qəbələ”-“Borussiya” oyununun biletləri satışda

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Bakcell Arena"da keçiriləcək “Qəbələ” (Azərbaycan) -“Borussiya” (Dortmund, Almaniya) oyununun biletləri satışa çıxarılıb.

 

Lent.az”-ın “azərtac”-a istinadən xəbərinə görə, biletlərin qiyməti 3, 5, 10, 20 manatdır.

 

“Qəbələ” klubu komandanı dəstəkləmək istəyən azarkeşlər üçün kampaniya təşkil edir. Azarkeşlər klubun formasını almaqla “Qəbələ”-“Borussiya” oyununa bilet əldə edəcəklər.

 

Bundan əlavə, forma almaqla azarkeşlər “Qəbələ”ni Almaniyanın Dortmund şəhərində dəstəkləmək şansı, eləcə də kostyum və futbolçuların imzaladığı formanı əldə etmək imkanı qazanacaqlar.

 

Azərbaycan Premyer Liqasının doqquzuncu turu çərçivəsində keçiriləcək “Qəbələ”-“Zirə” matçından əvvəl kampaniya iştirakçıları arasında lotereya keçiriləcək və qalib müəyyənləşəcək.

 

Formaları və biletləri “Go Sport” İdman Malları Mağazasından əldə etmək mümkündür.

 

Bu məqsədlə, həmçinin oktyabrın 20-22-də paytaxtın müxtəlif məkanlarında səyyar satış nöqtələri təşkil olunacaq.

# 193
avatar

Oxşar yazılar

Kloppu  ləyaqətlə   yola salmalıyıq

Kloppu ləyaqətlə yola salmalıyıq

28 fevral 2024 , 19:39
"Çelsi"nin  antirekordundan   DANIŞDI

"Çelsi"nin antirekordundan DANIŞDI

28 fevral 2024 , 18:18
“Roma”dan Dibala ilə bağlı  YENİ QƏRAR

“Roma”dan Dibala ilə bağlı YENİ QƏRAR

28 fevral 2024 , 16:57
19 yaşlı futbolçunun  evində meyiti   tapıldı

19 yaşlı futbolçunun evində meyiti tapıldı

28 fevral 2024 , 14:06
Lunev “Qarabağ”a  transferindən   DANIŞDI: “Şükür Allaha...”

Lunev “Qarabağ”a transferindən DANIŞDI: “Şükür Allaha...”

28 fevral 2024 , 11:42
"Çox üzüldüm, ağlayacaqdım" - Poçettino

"Çox üzüldüm, ağlayacaqdım" - Poçettino

28 fevral 2024 , 09:27
Haaland bir oyunda 5 qol vurdu

Haaland bir oyunda 5 qol vurdu

28 fevral 2024 , 03:40
Dörd klub İnzaqi ilə  maraqlanır   – Biri  “Barselona”dır

Dörd klub İnzaqi ilə maraqlanır – Biri “Barselona”dır

27 fevral 2024 , 19:30