Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün ilk toplantısında Topaz Premyer Liqası və əvəzedicilərin çempionatının I turunda baş verən qayda pozuntuları müzakirə olunub. Komitə üzvləri müzakirələrdən sonra müvafiq qərarlar çıxarıb.
Toplantıda ilk turun “Sumqayıt”la səfər oyununun gedişində legioner limitini pozan “Qarabağ”ın məsələsinə baxıb. Matç ərzində 2 dəqiqə 7 legionerlə oynayan ağdamlıların 3:0 hesablı qələbəsi ləğv olunub və onlara texniki məğlubiyyət (0:3) verilib.
Bu qarşılaşmanın 50-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydana kənar əşya atıldı üçün “Sumqayıt” 1000 manat ziyana düşüb.
AZAL – “Xəzər Lənkəran” qarşılaşmasında ikinci sarı vərəqə üzündən meydandan qovulan Şəhriyar Rəhimov meydan sahiblərini ziyana salıb. 1 oyunluq cəza alan futbolçu üçün klubu 200 manat ödəməli olacaq.
Əvəzedicilərin çempionatında “Qəbələ” ilə görüşdə ikinci sarı vərəqə üzündən meydanı tərk edən İlkin Sadıqov “İnter”i 100 manat xərcə salıb. Futbolçunun özü isə növbəti turu buraxacaq. Bakılılar 4 futbolçusu sarı vərəqə aldığı üçün daha 500 manat xərcə düşüb. “Qarabağ”la ev matçında 6 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 500 manat cərimə ödəməlidir.

“Qarabağ”ın texniki məğlubiyyəti alacağı rəsmiləşib
Oxşar yazılar

"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58
"Barselona" futbolçulara şənlik etməyi qadağan etdi
26 iyul 2025 , 15:09
Azərbaycan klubu bütün futbolçuları ilə vidalaşdı
26 iyul 2025 , 13:16
"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41
Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 , 04:31
Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal qazandılar
26 iyul 2025 , 00:14