Apasport.az saytının məlumatına görə, yarışın təsnifat mərhələsinin ardından qitənin ikinci dərəcəli klub turnirinin əsas hissəsi başlayacaq.
48 komandanın 12 qrupda mübarizə aparacağı yarış isə Bakıda start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionunda ölkəmizi sözügedən turnirdə təmsil edən “Qarabağ” ilk görüşünü keçirəcək. Ağdam klubu Fransa “Sent-Etyen”ini sınağa çəkəcək.
Şotlandiyalı hakimlərin idarə etdiyi görüş saat 21:00-da start verəcək. Qeyd edək ki, F qrupunda İtaliya “İnter”i səfərdə Ukrayna “Dnepr”i ilə mübarizə aparacaq.
Avropa Liqası
F qrupu
I tur
18 sentyabr
21:00. “Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa)
Baş hakim: Steven Maklin
Bakı. T. Bəhramov adına Respublika stadionu