“Qarabağ”ın rəqibini “Real” dayandırıb, “Atletik” liderliyə yüksəlib
23 sentyabr 2019 01:43 (UTC +04:00)

“Qarabağ”ın rəqibini “Real” dayandırıb, “Atletik” liderliyə yüksəlib

 
 
İspaniya La Liqasında V tur başa çatıb.
 
APA-nın məlumatına görə, turun son günündə 5 matç keçirilib.
 
“Atletik” öz meydanında “Alaves”dən güclü olub. “Xetafe” isə “Malyorka”nı məhsuldar keçən matçda üstələyib.
 
“Espanyol” evdə “Real-Sosyedad”a uduzub. “Valensiya” isə “Leqanes”i də məğlub edə bilməyib.
 
Günə “Sevilya” və “Real” arasında oyunla yekun vurulub. Matçın taleyini Kərim Benzemanın vurduğu bir qol həll edib. Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqibi mövsümdə ilk məğlubiyyətini alaraq ötən tur ələ keçirdiyi liderliyi itirib. Nəticədə “Atletik” turu zirvədə başa vurub. “Kral klubu” liderə şərikdir.
 
Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 24-27-də keçiriləcək.
 
İspaniya La Liqası
V tur
22 sentyabr
“Xetafe” – “Malyorka” – 4:2
Baba, 7 (avtoqol), Molina, 33 (pen.), Nyom, 63, Rodriges, 84 – Budimir, 70, 77
“Espanyol” – “Real-Sosyedad” – 1:3
Zaldua, 71 (avtoqol) – Xose, 18, 34, İsak, 75
“Valensiya” – “Leqanes” – 1:1
Parexo, 21 (pen.) – Oskar, 35
“Atletik” – “Alaves” – 2:0
Qarsia, 38 (pen.), Muniayn, 72
“Sevilya” – “Real” – 0:1
Benzema, 64
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954
avatar

Oxşar yazılar