İtaliya “Roma”sının futbolçusu Raca Naynqolan milli karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında Azərbaycan təmsilçisi “Qarabağ”la rəqib olan Apennin klubunun futbolçusu bir daha Belçika yığmasında oynamayacağını açıqlayıb.
Buna səbəb onun millinin qarşıdakı matçlarına çağırılmamasıdı. O bildirib ki, baş məşqçi Roberto Martinesin iş metodu ilə razı deyil: “Monako”da ehtiyatda qalan Tilemansı, Çinə yollanan Vitseli milliyə çağırır. Məni isə konsentrasiya azlığında qınayır. Hər şey bitdi. Bundan sonra ancaq “Roma”dakı çıxışıma köklənəcəm”.