“Qarabağ”ın rəqibi Hafkanın komandasını məğlub etdi
22 sentyabr 2014 09:53 (UTC +04:00)

“Qarabağ”ın rəqibi Hafkanın komandasını məğlub etdi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen” bu gün Fransa çempionatının VI turunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “yaşıllar” səfərdə azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans”la münasibətlərinə aydınlıq gətirib.

 

Görüşdə rəqibimiz 1:0 hesablı qələbəyə sevinib. Matçda vurulan yeganə qola 82-ci dəqiqədə Fabiyen Lemoine imza atıb.

 

Beləliklə, bu qələbədən sonra “Sent-Etyen” “Marsel” və “Bordo” ilə birgə 13 xalla I-III yerləri bölüşdürürlər. Aktivində 7 xal olan Hafiz Məmmədovun komandası XII pillədə yer alır.

 

Qeyd edək ki, “Qarabağ” - “Sent-Etyen” oyunu 0:0 hesabı ilə başa çatmışdı. Fransa klubu ilə növbəti qarşılaşma noyabrn 27-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

# 877
avatar

Oxşar yazılar