Avstriya çempionatında III turun oyunlarına start verilib. Apasport.az saytının xəbərinə görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Zalsburq” səfərdə “Rid” klubu ilə qarşılaşıb.
Əvvəlki iki turu qələbə ilə başa vuran rəqibimiz bu dəfə də xal itirməyib. 78-ci dəqiqədən 10 futbolçu ilə qalmasına baxmayaraq, “Zalsburq” rəqibini məğlub edib - 2:0. Qolları meydandan qovulan Frants Şmeyer (50) və Massimo Bruno (90+2) vurub.
Xatırladaq ki, “Zalsburq” Bakıda keçirilən oyunda “Qarabağ”a 1:2 hesabı ilə uduzub. Komandalar arasındakı cavab görüşü avqustun 6-da baş tutacaq.