“Qarabağ”ın Çempionlar Liqasına yolu Biləcəridən keçir
29 aprel 2014 19:28 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasına yolu Biləcəridən keçir

Futbol üzrə Topaz Premyer Liqasında XXXIII turun proqramı açıqlanıb. Lent.az-ın məlumatına görə, aprelin 2-də keçiriləcək qarşıdakı tura Bakının Biləcəri qəsəbəsində start veriləcək.

 

Saat 15:00-da “Bakı” klubu öz təlim-məşq bazasında lider “Qarabağ”ı qəbul edəcək. Ağdam komandası qələbə qazansa, çempionluğu təmin edə bilər. Amma bunun üçün saat 18:00-da “Şəfa” stadionunda başlanacaq “İnter” – “Sumqayıt” matçında meydan sahibləri xal itirməlidir.

 

Turun daha bir diqqətçəkən qarşılaşması saat 17:00-da “Bakcell Arena”da “Neftçi” ilə “Qəbələ” arasında baş tutacaq. Bu matçda meydan sahibləri qalib gəlsə, ən azı bürünc medalı böyük ölçüdə təmin edəcək. Qonaqlar isə qələbə təqdirində, gümüş və ya bürünc medallara iddialarını davam etdirəcəklər. 

 

2 may (cümə)

 

18:00. “Simurq” (Zaqatala) – AZAL (Bakı)
Zaqatala şəhər stadionu

 

18:00. “Xəzər Lənkəran” – “Rəvan” (Bakı)
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

17:00. “Neftçi” (Bakı) – “Qəbələ”
Bakı, “Bakcell Arena”

 

15:00. “Bakı” – “Qarabağ” (Ağdam)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

 

18:00. “İnter” (Bakı) – “Sumqayıt”
Bakı, “Şəfa” stadionu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar