“Xəzər Lənkəran” klubu rumıniyalı futbolçusu Adrian Manuel Skarlatake ilə müqaviləni uzadıb. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumata görə, yeni anlaşma 2015/2016-cı il mövsümünün sonunadək nəzərdə tutulub.
27 yaşlı müdafiəçi 2011-ci ilin fevralında "Xəzər Lənkəran"da debüt edib. O, “ağ-yaşıllar”ın heyətində 78 oyuna 10 qol vurub. Skarlatake yubiley qoluna Topaz Premyer Liqasının XIX turunda “Qarabağ”la səfər matçında imza atıb. Məhz onun dəqiq zərbəsi sayəsində “Xəzər Lənkəran” 1:0 hesablı qələbə qazanıb. Rumıniyalı legioner isə 10 və daha artıq qol vuran 17-ci futbolçu kimi klubun tarixinə düşüb.
Qeyd edək ki, Adrian Manuel Skarlatake 10 qoldan yarısını ötən mövsüm Premyer Liqada vurub. Bu mövsüm ölkə çempionatında 2-ci dəfə fərqlənən müdafiəçi 2011/2012-ci il mövsümündə çempionat və kubok, 2012/2013-cü il mövsümündə isə Avropa Liqasında 1 dəfə fərqlənib.