“Qarabağ”a şad xəbər
14 fevral 2014 19:19 (UTC +04:00)

“Qarabağ”a şad xəbər

Ağdamın “Qarabağ” klubu futbol üzrə Topaz Premyer Liqasının XXI turunda AZAL-la keçirəcəyi ev oyununun hazırlıqlarını tamamlayıb. Lent.az-ın məlumatına görə, “Qarabağ”ın son məşqinə yalnız zədəli Admir Teli qatılmayıb.

Albaniyalı müdafiəçi hələ 2 həftə sonra meydanlara dönəcək. Əvəzində Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı zədələnmiş Nikolas Gelaşvili təmamilə sağalıb və baş məşqçimiz Qurban Qurbanov şans verəcəyi təqdirdə meydana çıxacaq.

 
Qeyd edək ki, “Qarabağ” - AZAL matçı fevralın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 17:00-da başlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100
avatar

Oxşar yazılar