Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çexiyadadı. Apasport.az saytının Liberetsə ezam olunmuş əməkdaşının məlumatına görə, klub rəhbəri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Slovan”la oyununu izləmək üçün bu şəhərə gəlib.
Gözəl qarşılaşmadan əvvəl Ağdam klubunun paltardəyişmə otağına girərək, komandaya dəstəyini nümayiş etdirib, baş məşqçi Qurban Qurbanovla fərdi söhbət edib.
Qeyd edək ki, “Slovan” – “Qarabağ” qarşılaşması bir neçə dəqiqə öncə başlayıb.