Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri "Qarabağ" və "Neftçi"nin keçirəcəyi oyunları idarə edəcək ədalət təmsilçilərinin adları məlum olub.
Ağdam təmsilçisinin “Tvente” ilə Hollandiyadakı görüşü italiyalı hakimlərə tapşırılıb. “Neftçi”ni Serbiya “Partizan”ı ilə Bakıdakı oyuna isə Avstriyadan olan ədalət təmsilçiləri çıxaracaq.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
28 avqust
22:30. "Tvente" (Hollandiya) - "Qarabağ"
Hakimlər: Paolo Silvio Mazzoleni, Lorenzo Manganelli, Alessandro Petrella, Sebastyano Peruzzo (hamısı İtaliya)
UEFA nümayəndəsi: Eduard Prodani (Albaniya)
Hakim-inspektor: Kostas Kapitanis (Kipr)
Enshede. Tvente stadionu
21:00. "Neftçi" - "Parizan" (Serbiya)
Hakimlər: Robert Şorgenhofer, Matias Vinsauer, Roland Brandner, Dominik Ouşhan (hamısı Avstriya)
UEFA nümayəndəsi: Kris Bellon (Belçika)
Hakim-inspektor: Mişel Votro (Fransa)
Tofiq Bəhramov adına Respublika stadionu