“Qarabağ” meydana qara lentlə çıxmaq istəyir
04 avqust 2014 17:36 (UTC +04:00)

“Qarabağ” meydana qara lentlə çıxmaq istəyir

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunda “Qarabağ” səfərdə İsveçrənin “Zalsburq” klubu ilə keçirəcəyi oyunaqara sarğı ilə çıxmaq istəyir. Lent.az-ın məlumatına görə, “Qarabağ” futbol klubu bununla bağlı UEFA-ya müraciət edib. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məsələ ilə bağlı facebook-da belə yazıb: “Son günlər atəşkəsin pozulması nəticəsində bizim oğullarımız şəhid olub. Bizim üçün bu, çox ağrılıdır. UEFA adətən matça bir gün qalmış cavab verir. İnşallah rəsmi qərar verilər və biz matça qara sarğı ilə çıxarıq. Eləcə də, "Zaltsburq"un son oyunu buraxması onların bu matça necə ciddi önəm verdiklərinin əyani sübutdur. Amma buna baxmayaraq biz matça ciddi şəkildə hazırlaşırıq. Sonacan mübarizə apararaq yaxşı nəticə əldə etməyə çalışacağıq. İnşallah yaxşı nəticə əldə edib azarkeşlərimizi sevindirərik”.

 

Qeyd edək ki, oyun avqustun 6-da Azərbaycan vaxtı ilə saat 23:30-da başlayacaq. İlk oyunda komandamız Bakıda 2:1 hesabı ilə qələbə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836

Oxşar yazılar

"Bavariya" Almaniya Superkubokunu qazandı

"Bavariya" Almaniya Superkubokunu qazandı

17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi

"Barselona" səfərdə qalib gəldi

17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı

“Neftçi” “Şamaxı” ilə bacarmadı

16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı

“Mançester Siti” PSJ-nin qapıçısını aldı

16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını  qeydiyyatdan keçirdi

"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi

16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü,  oyun dayandı

Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı

16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı

Messi yenidən meydana qayıtdı

16 avqust 2025 , 09:42
"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

15 avqust 2025 , 19:56