“Qarabağ” Londonda son məşqinə çıxdı
11 sentyabr 2017 18:16 (UTC +04:00)

“Qarabağ” Londonda son məşqinə çıxdı

0

“Qarabağ”ın U-19 komandası sabah UEFA Gənclər Liqasında “Çelsi”nin qonağı olacaq. Apasport.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, komanda bu gün Bakı vaxtı ilə saat 14:30-da qarşılaşmanın keçiriləcəyi “Cobham” stadionunda oyunöncəsi son məşqinə çıxıb.

 

Son hazırlıq təxminən 90 dəqiqə davam edib.


Qeyd edək ki, “Çelsi” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 16:05-də start götürəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar