Lent.az qol.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən “Qarabağ" da bu gün növbəti sınağına çıxacaq.
Qurban Qurbanovun komandasının rəqibi Avstriya çempionu “Zalsburq”dur. Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisinin güclü rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.