
“Qarabağ” – “Sent Etyen” - 0:0
Bu gün Avropa Liqasında yeni mövsümə start verilib. Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, yarışın təsnifat mərhələsinin ardından qitənin ikinci dərəcəli klub turnirinin əsas hissəsi başlayıb.
48 komandanın 12 qrupda mübarizə aparacağı yarış isə Bakıda start götürüb. Tofiq Bəhramov adına Respublika stadionunda ölkəmizi sözügedən turnirdə təmsil edən “Qarabağ” ilk görüşünü keçirib. Ağdam klubu Fransa “Sent-Etyen”ini sınağa çəkib.
Şotlandiyalı hakimlərin idarə etdiyi görüşdə qalib müəyyənləşməyib. Təmsilçimizin açıq-aşkar üstünlüyü ilə keçən oyunda hesabı açmaq mümkün olmayıb. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb.
Beləliklə, "Qarabağ" qrup mərhələsinə 1 xalla başlayıb.
Avropa Liqası
F qrupu
I tur
18 sentyabr
“Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa) - 0:0
Baş hakim: Steven Maklin
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04