Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" "Valetta" üzərində möhtəşəm qələbə qazandı. Bunun ardından Ağdam klubunun hücumçusu Reynaldo sevgilisi Monike Brito ilə Bakıya gəzintiyə çıxıb. Lent.az idmanxeber.com-a istinadən xəbər verir ki, futbolçu facebook-da paylaşdığı fotoda: "Sevgim mənə uğurlar verdi. Onun mənim yanımda olduğu üçün Allaha çox şükür" - deyə qeyd edib.
Qeyd edək ki, Reynaldo Malta klubunun qapısına bir qol vurub və ikinci hissədə əvəzlənib.