“Qalatasaray”ın baş məşqçisi postuna 8 namizəd: <b>2 əcnəbi, 6 yerli</b>
28 noyabr 2014 10:46 (UTC +04:00)

“Qalatasaray”ın baş məşqçisi postuna 8 namizəd: 2 əcnəbi, 6 yerli

Çezare Prandelli ilə yolları ayrılan “Qalatasaray”da gündəm məsələ yeni baş məşqçinin kim olacağıdır. İstanbullularun 2 variantı var: uzunmüddətli və ya mövsümün sonuna qədər işləyəcək müvəqqəti məşqçi gətirmək. Lent.az-ın məlumatına görə, klub rəhbərliyinin 8 namizədi var.

 

Bülənt Qorxmaz – “Kayseri Ərciyəsspor”la yolları ayrılan Qorxmaz “Qalatasaray”a mövsümün sonuna kimi müvəqqəti baş məşqçi gətirilə bilər. Ancaq bu variantın həyata keçmək ehtimalı azdır.

 

Hikmət Karaman – Uzun müddətdir ki, Karamanın adı “Qalatasaray”la birgə hallanır. Lakin rəhbərlik onunla uğur əldə edəcəklərinə o qədər də inanmır.

 

Mustafa Dənizli – Prandelli baş məşqçi təyin edilməmişdən öncə də Dənizli ilə görüşən “Qalatasaray” rəhbərliyi onunla ortaq məxrəcə gələ bilməmişdi. Təcrübəli çalışdırıcının tələbləri İstanbul klubunu qorxutmuşdu. Ancaq bu dəfə rəhbərliyin onunla ortaq dil tapmaq şansı çoxdur.

 

Tuqay Kərimoğlu – “Qalatasaray” camiəsini yaxından tanıyan Kərimoğlu da yeni baş məşqçi adına namizədlərdəndir. Ancaq “sarı-qırmızılılar” ona alternativ namizəd kimi baxırlar. Yəni digərləri ilə danışıq baş tutmasa, rəhbərlik Tuqayla danışıqlara start verəcək.

 

Hasan Şaş – Yaxın keçmişdə “Qalatasaray”da Fatih Terimin köməkçilərindən olmuş Şaş klub rəsmiləri Abdurrahim Albayrak və Əli Dürüstün bəyəndiyi məşqçidir. Onun da mövsümün sonuna qədər müvəqqəti olaraq baş məşqçi gətirilmək ehtimalı az deyil.

 

Abdullah Avcı – Artıq neçə ildir ki, Avcının “Qalatasaray”ın sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlər yayılır. Hazırda “Başakşəhər”i çalışdıran məşqçi iş yerini dəyişmək istəməsə də, “cim-bom” onunla da danışıq aparır.

 

Mirça Luçesku – “Qalatasaray” rəsmisi Abdurrahim Albayrakın bir nömrəli namizədi Mirça Luçeskudur. Qeyd edək ki, hazırda Donetsk “Şaxtyor”unu çalışdıran rumın məşqçi vaxtilə “aslan”a da rəhbərlik edib. Onun Ukrayna təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu mənada, Luçeskunun yayda “Qalatasaray”a keçmək istədiyi bildirilir.

 

Erik Gerets – Vaxtilə “Qalatasaray”ı çalışdırmış daha bir məşqçi - Geretsin də adı “cim-bom”la hallanır. Hazırda BƏƏ-nin “Əl-Cəzirə” klubunda baş məşqçi olan belçikalının İstanbul klubunun rəsmiləri ilə görüşəcəyi iddia edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818
avatar

Tengiz Məmmədov

Oxşar yazılar