“Qalatasaray”la olan müqaviləsini tək tərəfli olaraq ləğv edən bosniyalı futbolçu İzzet Hayroviç Almaniya Bundesliqasında çıxış edən “Verder Bremen”lə müqavilə bağlayıb. Lent.az-ın məlumatına görə, 6 ay əvvəl İsveçrənin “Qrashoppers” klubundan 3,5 milyon avro qarşılığında transfer edilən gənc futbolçu alman klubu ilə 4 illik müqavilə bağlayıb. Bosniyalı futbolçu yeni klubunda 14 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Hayroviç “Qalatasaray”ın imzaladığı müqavilənin şərtlərinə əməl etməməsi və ödənişləri vaxtında həyata keçirməməsini əsas gətirərək klubla müqaviləni pozub. FİFA futbolçuya bir neçə gün əvvəl sərbəst lisenziya verib.