Türkiyə superliqasının növbəti oyun günü çempionluğa əsas namizədlərdən hesab edilən “Qalatasaray”ın xal itkisi ilə yadda qaldı. Lent.az-ın məlumatına görə, 27-ci tur çərçivəsində keçirilən “Konyaspor”-“Qalatasaray” qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra lider “Fənərbağça”nın 7 xal gerisində qalan “Cim-Bom” həm də rəqibə nisbətən iki oyun çox keçirib. “Fənərbağça”ya yarımçıq qalan “Trabzonspor” görüşünə görə birbaşa 3 xalın veriləcəyini nəzərə alsaq, potensial fərq 13-ə bərabərdir.
Qeyd edək ki, “Qalatasaray” son iki ildə Türkiyə superliqasını çempion kimi başa vurub. Komandanın son vaxtlar uğursuz çıxış etməsi baş məşqçi Roberto Mançinini və klub rəhbərliyini tənqid hədəfinə çevirib.