Futbol üzrə Türkiyə super liqasının 29-cu həftəsində “Qalatasaray” “Sivasspor”-un qonağı olub.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, Oyun 2:1 hesabı ilə meydan sahibələrinin xeyrinə başa çatıb.
“Sivas”-ın qollarını 17-ci dəqiqədə Aatif Chahechouhe və 60-cı dəqiqədə John Utaka, “Cim-Bom”-dan isə yeganə qolu 42-ci dəqiqədə Yekta Kurtuluş fərqlənib.
“Beşiktaş”-ın xal itirdiyi bu həftədə “Qalatsaray” ikinci yerdə möhkəmlənə bilərdi. Ancaq bu məğlubiyyət sonra o, 53 xalla üçüncü yerə düşüb. Birinci yeri 63 xalla “Fənərbaxça”, ikincini 54 xalla “Beşiktaş”, dördüncü yeri isə 43 xalla “Sivasspor” tutur.