“Qalatasaray” futbol komandasının oyunçuları və məşqçi heyəti Somada kömür mədənində baş vermiş dəhşətli faciə zamanı ölənlərin və yaralananların ailələrinə yardım üçün pul toplayıb.
APA-nın xəbərinə görə, toplanan pulun miqdarı 5 milyon lirə (təxminən 2,5 milyon dollar) olub. Kimin nə qədər pul verdiyi açıqlanmayıb.
“Qalatasaray” prezidenti Ünal Aysal isə özü şəxsən Somaya səfər edib. O, klub adından faciədə ölən və yaralananların ailələrinə 2 ədəd yük avtomobili (TIR) ilə zəruri yardım ləvazimatları aparıb.