“Qalatasaray” prezidenti sərt danışdı
10 sentyabr 2014 18:45 (UTC +04:00)

“Qalatasaray” prezidenti sərt danışdı

“Qalatasaray” klubunun prezidenti Ünal Aysal “Fənərbağça”nı və Türkiyə Futbol Federasiyasını sərt tənqid edib. Lent.az-ın Hürriyət.com.tr-yə istinadən məlumatına görə, klubun divan toplantısında çıxış edən Aysal ölkə futbolunda irqçiliyinin, saxtakarlığın, oyun alqı-satqısının vüsət aldığını deyib: “Artıq elə bir vəziyyətdir ki, bunun qarşısını almaq çox çətindir. Türkiyə futbolu çox ağır vəziyyətdir. Çalışıram ki, normal münasibətlər quraq, ciddi rəqabət altında futbolumuzu inkişaf etdirək. Amma bəzi qurumlar, klublar bundan yayınırlar və saxtakarlıqlarla, oyun alış-verişi ilə məşğul olurlar. Yenə də qeyd edim ki, belə anormal hallarla Türkiyə futbolunu itirir, heç zaman belə vəziyyətdə inkişaf gözləmək olmaz”.

 

Qeyd edək ki, “Qalatasaray” klubunun Türkiyə Futbol Federasiyası ilə ciddi problemləri var. “Fənərbağça”nın məlum hadisələrdən sonra çempion adından məhrum edilməməsi bu nifaqı daha da dərinləşdirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060
avatar

Oxşar yazılar