“Qalatasaray” UEFA-ya şikayətdən vaz keçdi - <span style="color:red;">YENİLƏNİB
27 fevral 2014 18:38 (UTC +04:00)

“Qalatasaray” UEFA-ya şikayətdən vaz keçdi - YENİLƏNİB

Türkiyənin “Qalatasaray” klubunda Hüquq Komitəsinin toplantısı keçirilib. Lent.az-ın məlumatına görə, iclasda İngiltərənin “Çelsi” komandası ilə Çempionlar Liqasının ilk 1/8 final matçında baş verən mübahisəli epizodla bağlı UEFA-ya heç bir şikayətin edilməməsi qərara alınıb.

 

Klub prezidenti Ünal Aysal “Hürriyet”ə açıqlamasında deyib: “Matçın yenidən keçirilməsini tələb etmək fikrində deyilik. Çünki futbol qaydalarının pozulduğuna əmin ola bilmədik. Bu səbəbdən, oyunun təkrarlanmasına dair cəhd etməyə qərar vermədik”.

***

14:07.

“Qalatasaray” – “Çelsi” matçı yenidən keçiriləcəkmi?

Türkiyənin “Qalatasaray” və İngiltərənin “Çelsi” futbol komandaları arasında fevralın 26-da keçirilmiş qarşılaşma yenidən oynanıla bilər. Lent.az-ın məlumatına görə, İstanbul təmsilçisinin Hüquq Komitəsi 42-ci dəqiqədə baş vermiş epizodla bağlı bu gün toplantı keçirəcək.

 

Həmin epizodda “Çelsi”nin müdafiəçisi Con Terri əlindəki topu çölə yox, meydana atıb. Həmin vaxt autdan oyuna daha bir top daxil edilib və “Qalatasaray”ın hücumçusu Burak Yılmaz həmin topla rəqib qapısına dəqiq zərbə endirib. Lakin ispaniyalı baş hakim Karlos Velasko Karbalyo Terrinin atdığı topu görərək, oyunu dayandırıb və ingiltərəli müdafiəçiyə sarı vərəqə göstərib. O, həmçinin qolu saymayıb və oyun topun autdan bir daha meydana daxil edilməsi ilə davam etdirilib.

 

Oxşar olay ötən il dekabrın 15-də Türkiyə Superliqasında “Kasımpaşa” və “Beşiktaş” komandaları arasında keçirilmiş XV turun oyununda da baş verib. Həmin vaxt meydan sahiblərinin futbolçusu Rayan Donk əlindəki topu qonaq komandanın oyunçusu Uqo Almeydanın qarşısındakı topa vuraraq, real qol imkanını əngəlləyib. Bu, “Beşiktaş”ın etirazı ilə qarşılanıb və son nəticədə matçın yenidən keçirilməsinə qərar verilib. Fevralın 11-də baş tutmuş təkrar görüşdə “qara qartallar” böyük hesabla qalib gəlib – 3:0.

 

Dünənki oyun zamanı eyni epizod təkrarlanarkən, “Kasımpaşa”nın futbolçusu Rayan Babel komanda yoldaşı Rayan Donka “Twitter”lə “Terri sənin hərəkətini etdi” yazıb. Donk isə “Bu da şübhəli hərəkət deyilmi? Oyun təkrarlanacaqmı?” cavabını verib.

 

Qeyd edək ki, “Çelsi” “Qalatasaray”la oyuna məhz “Kasımpaşa”nın bazasında hazırlaşıb. Bu səbəbdən, azarkeşlər zarafatca Con Terrini Rayan Donkun öyrətdiyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3106
avatar

Oxşar yazılar