“PSJ” Avropa kuboklarından kənarlaşdıra bilər
27 mart 2014 22:02 (UTC +04:00)

“PSJ” Avropa kuboklarından kənarlaşdıra bilər

Fransanın “Pari Sen-Jermen” futbol klubu Avropa kuboklarından kənarlaşdırıla bilər. Apasport.az saytının məlumatına görə, bu addım maliyyə feyr-pleyinin qaydalarına uyğun olaraq atıla bilər.

 

UEFA “PSJ”-nin Qətərin Turizm Nazirliyi ilə sponsorluq müqaviləsinin feyr-pley qaydalarına uyğun gəlmədiyindən şübhələnir. Bu müqaviləyə görə, Fransa klubu Qətər Turizm Nazirliyindən ildə 200 milyon avro alır.

 

İnformasiyaya görə, artıq aprel ayında UEFA gələn mövsüm “PSJ”nin Avropa kuboklarından kənarlaşdırılması ilə bağlı qərar çıxara bilər. Paris klubunun nümayəndələri bununla bağlı şərh verməkdən imtina edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034

Oxşar yazılar