Serbiya çempionatında yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan təmsilçisi “Neftçi” ilə qarşılaşacaq “Partizan” çempionata səfərdə başlayıb.
Belqrad təmsilçisi “Vojdodaç”ın qonağı olub. Məhsuldar alınan qarşılaşmada bütün qollar son 18 dəqiqədə vurulub. 73-cü dəqiqədə məğlub duruma düşən “Partizan” əzmkar qələbə qazanmağa müvəffəq olub.
Belə ki, 78-ci dəqiqədə Miodraq Stosiçin avtoqolu ilə bərabərlik əldə edən qonaqlar uzatmaq dəqiqələrində 2 dəfə də fərqlənib. Vladimir Volkov 90+2, İsmail Fofana isə 90+5-ci dəqiqədə qol sevinci yaşayıb.
Mövsümə 3:1 hesablı qələbə ilə başlayan “Partizan” ikinci oyununu da səfərdə keçirəcək. Avqustun 16-da Belqrad təmsilçisi “Radniçki” ilə görüşəcək.