“Neftçi”nin rəqibi elə özünə oxşayır
24 iyun 2013 15:47 (UTC +04:00)

“Neftçi”nin rəqibi elə özünə oxşayır

“Neftçi”nin Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olacaq Albaniyanın “Skenderbyu” komandası ilə oxşar cəhəti üzə çıxıb. Lent.az-ın məlumatına görə, 114 illik tarixə malik “Skenderbyu” da son 3 mövsümü çempion kimi tamamlayıb.

 

Bu klub Albaniyanın bütün dövrlərdə milli qəhrəmanı sayılan George Kastrioti Skanderbeqin şərəfinə belə adlanır. “Skenderbyu” ölkənin cənub-şərqindəki Korçe şəhərini təmsil edir. Klub oyunlarını 12 min nəfərlik tamaşaçı tutumuna malik “Skenderbyu” stadionunda keçirir. Bu komanda son 3 mövsümdə çempion olanadək yalnız 1933-cü ildə qızıl medal qazana bilib.

 

Qeyd edək ki, “Skenderbyu”nun prezidenti Ardian Takay, baş məşqçisi Mirel Yosadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904
avatar

Oxşar yazılar