“Neftçi”nin futbolçusuna göstərilən qırmızı vərəqə ləğv olundu
04 mart 2014 13:34 (UTC +04:00)

“Neftçi”nin futbolçusuna göstərilən qırmızı vərəqə ləğv olundu

AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XXII turunda “Qarabağ”la oyun zamanı “Neftçi”nin futbolçusu Araz Abdullayevə göstərilmiş qırmızı vərəqəni ləğv edib. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 62-ci dəqiqədə baş vermiş epizodun videoyazısını izlədikdə A. Abdullayevin rəqibə qarşı aqressiv oynamadığı  və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkarlanıb.

 

Nəticədə baş hakim Vüsal Əliyevin göstərdiyi birbaşa qırmızı vərəqə qüvvədən düşüb. V. Əliyevin rəhbərlik etdiyi hakimlər briqadası barədə ölçü götürülməsi və İntizam Komitəsini məlumatlandırmaları üçün AFFA Hakimlər Komitəsinə göstəriş verilib.

 

Həmin epizod zamanı meydançaya kənar əşya atan “Neftçi” azarkeşləri isə klubu 2000 manat ziyana salıblar. Eyni məbləğdə cərimə 1-ci dəqiqədə azarkeşlərinin analoji hərəkətə yol vermələri üzündən "Qarabağ"a da kəsilib.

 

Qeyd edək ki, qalmaqallı oyun “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 4:1.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar