“Neftçi” futbol klubunun əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov istefaya göndərilib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Əhmədovla başa çatan müqavilə müddəti uzadılmayıb.
Çox güman ki, bu, əvəzedici komandanın 2012-2013-cü il mövsümünü 3-cü pillədə başa vurması ilə əlaqədardır. “Neftçi” Əhmədova klubda göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirir və ona gələcək fəaliyyətində uğurlar arzulayır.
Qeyd edək ki, Elşad Əhmədov son iki mövsümdə “Neftçi”nin baş məşqçisi olub.