“Neftçi”nin "Arsenal"la cavab oyununun hakimləri açıqlandı
26 iyul 2019 13:10 (UTC +04:00)

“Neftçi”nin "Arsenal"la cavab oyununun hakimləri açıqlandı

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Arsenal” (Rusiya) matçının təyinatları açıqlanıb. 
 
APA-nın məlumatına görə, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. 
 
Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək. UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.
 
Qeyd edək ki, avqustun 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578
avatar

Oxşar yazılar