17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçəcək. Apasport.az “Neftçi”nin saytına istinadən xəbər verir ki, Bakıda və Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda baş tutacaq hazırlıq prosesinə "ağ-qaralar”ın 7 futbolçusu dəvət olunub.
Bunlar İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Abbas Abbasov, Murad Bağırov, İlkin Əbiyev, Nicat Məmmədov və Mehdi Tahirovdu.
Qeyd edək ki, U-17-nin Bakı toplanışı 8-12 avqust, Sarayevodakı hazırlıq prosesi isə 13-17 avqust tarixlərində keçiriləcək.