“Neftçi” üçün rumıniyalılar
29 iyul 2014 11:40 (UTC +04:00)

“Neftçi” üçün rumıniyalılar

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının hakimləri müəyyənləşib.

Lent.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 8-ci km qəsəbə stadionunda baş tutacaq oyun rumıniyalı hakimlər briqadası həvalə olunub. Oyunun baş hakimi Kristian Balaj olacaq. Onun yardımçıları isə Sebastian Corc və Ovidiu Artene, dördüncü hakim isə Katalin Sorin Popadır.

Qeyd edək ki, "Neftçi" - "Çixura" oyunu iyulun 31-də, saat 20:00-da keçiriləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073

Oxşar yazılar