Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. Apasport.az saytının məlumatına görə, millinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son turun ilk günündə iki oyun baş tutub.
Tura Gəncədə start verilib. Autsayderlər qrupundan uzaqlaşmağa çalışan “Kəpəz” avrokubok arzusunda olan “Sumqayıt”ı qəbul edib. Oyunun taleyinə 1 qol həll edib. Meydan sahibləri 1 qolla ardıcıl 2-ci qələbəsini qazanıb. Qonaqlar isə ardıcıl 4-cü məğlubiyyətini alıb.
Qeyri-adi vaxtda başlayacaq turun mərkəzi oyununda “Neftçi” “İnter”i sınağa çəkib. 80 illik yubiley qeyd edən “ağ-qaralar” yarandığı 1937-ci ili təcəssüm edən 19:37-də başlayan matçda “İnter”lə üz-üzə gəlib. “Ağ-qaralar” 2:1 hesablı qələbə ilə 1 pillə irəliləyib.
Azərbaycan Premyer Liqası
XXIII tur
18 mart
“Neftçi” – “İnter” - 2:1
Qollar: Uqo Barqas, 42, Rəhman Hacıyev, 70 - Nizami Hacıyev, 72
8-ci km qəsəbə stadionu
İlk 3 dövrədəki oyunlar: 1:2, 2:1, 3:1
“Kəpəz” – “Sumqayıt” - 1:0
Qol: Dario Federiko, 45
Gəncə şəhər stadionu
İlk 3 dövrədəki oyunlar: 1:1, 0:0, 3:1
1. |
Qarabağ |
22 |
15 |
3 |
4 |
37-11 |
48 |
2. |
Qəbələ |
22 |
13 |
7 |
2 |
41-12 |
46 |
3. |
İnter |
23 |
10 |
9 |
4 |
33-23 |
39 |
4. |
Zirə |
22 |
8 |
5 |
9 |
20-23 |
29 |
5. |
Neftçi |
23 |
8 |
2 |
13 |
19-36 |
26 |
6. |
Sumqayıt |
23 |
6 |
7 |
10 |
20-30 |
25 |
7. |
Kəpəz |
23 |
5 |
9 |
9 |
16-24 |
24 |
8. |
AZAL |
22 |
1 |
6 |
15 |
9-36 |
9 |
Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.